
Azərbaycanın tanınmış mütəxəssislərindən
olan Vaqif Sadıqov avrokuboklarda mübarizə aparan "Qarabağ" və "Neftçi" klublarının çıxışı haqda
fikirlərini bildirib. Sportnet.az-a danışan Sadıqov ilk olaraq Çempionlar
Liqasının III təsnifat mərhələsinın cavab qarşılaşmasında Avstriya "Zalsburq”una
0:2 hesabı ilə məğlub olan Ağdamın "Qarabağ” klubu haqda danışıb.
"Qarabağ”dan uğurlu nəticə gözləyirdik. Ancaq
ilk dəqiqələrdən komanda bəxtsizlik yaşadı. 18-ci dəqiqədə cinah müdafiəçimiz İlqar
Qurbanovu itirdik. Şəxsən mən birinci dəfə idi ki, Qara Qarayevi sağ müdafiəçi
kimi görürdüm. Komanda sona kimi müqavimət
göstərdi, mübariə apardı. Reynaldonun, Admir Telinin yoxluğunda ağır olacağını
bilirdik. Sonradan isə İlqar Qurbanovla Maksim Medvedev də oyundan çıxdı. Komanda
ilk hissədə artıq 2 qol buramışdı. "Zalsburq” çütün
talehini elə birinci hissədə həll etdi.
İkinci hissədə komanda özündə güc tapdı. Son dəqiqələri daha fəal oyun keçirtdi.
Oyun hardasa eyni tempde gedirdi. Ancaq qol vura bilmədik. Rəqib qapıya 24 dəfə,
bizdən isə cəmi 4 zərbə olması göstərdi ki, hücum etmək lazımdır.Lakin uğursuzluğu sırf hücum xətti ilə də bağlamaq düzgün deyil. Bəzi oyunlarda komanda şəklində hücum etmək çox vacibdir. "Qarabağ” hücuma keməyə risk etmədi. Rəqib isə çox güclü idi. "Zalsburq”la oyun göstərdi ki, komandada
hələ də bəzi oyunçuları əvəz edə biləcək futbolçular yoxdur. Qurban Qurbanov da bildirdi ki, transferlər olacaq . Mənə elə gəlir ki, indi ancaq Avropa Liqasının "play-off”
mərhələsini düşünməliyik. Sabah püşkatmadan sonra rəqib bəlli olacaq. Qarşıdakı
oyuna hazırlaşmaq lazımdır”.
55 yaşlı mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsində
Azərbaycan kubokunun sahibi "Neftçi” ilə Gürcüstan "Çixura”sı
arasında keçiriləcək görüş haqda da fikirlərini bildirib.
"Neftçi”nin
rəqib meydanında bizi sevindirəcəyini gözləyirəm. Çünki bu komanda ev oyunundan
çox səfər meydanında inamlı təsir bağışlayır. İnanıram ki, bu gün də belə
olacaq. Ən yaxşı halda "Çixura” oyunu
penallaşmaya apa bilər. "Neftçi” rəhbərliyi də, məşqçilər də, futbolçular da
yaxşı bilirlər ki, əsas vaxtda qol vuraraq iki oyunun nəticəsini həll edə bilərlər”.
Qeyd edək ki, bu gün Tiflisdəki Mixail Mesxi adına
stadionda keçiriləcək "Çixura" - "Neftçi" matçı Bakı vaxtı
ilə saat 22:00-da başlanacaq. Bu
komandalar arasındakı ilk görüşdə hesab açılmayıb - 0:0.
Röya KƏRİMLİ