1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maşallah Əhmədov: "Mənim daşlarımı qaytar!"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid Müşviq Əliyev ifadə verib.
O, şahid qismində atasının istintaqa verdiyi ifadəsini təsdiq edib. M.Əliyev bildirib ki, atasının səhhəti yaxşı olmadığı üçün o, məhkəməyə gələ bilməyib: "Fəqan adlı şəxsin mənə borcu var idi. Pulun əvəzinə o, mənə daş verdi. Daha sonra Maşallah Əhmədovla Yusif gəlib dedi ki, daş mənimdir. Mən də daşı 2000 manata satdım. Həmin puldan 200 manatı Maşallah müəllimə verdim, qalanı isə borcuma çıxdım".
M.Əhmədov qeyd edib ki, daşları satmaqada məqsədi pul qazanmaq olub: "Həmin daşları istintaqın iştirakı ilə Yusif müəllimin anbarına yığmışıq. O isə deyir ki, mənim bundan xəbərim yoxdur. Əgər istəmirsənsə, mənim daşlarımı qaytar!"
Məhkəmənin növbəti prosesi noyabrın 8-nə təyin edilib.