1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Qəbələ"nin sabiq baş məşqçisi ilə Səmədov arasında insident
Rusiyanın "Lokomotiv" komandasında baş məşqçi Yuri Syominlə futbolçu Aleksandr Səmədov arasında münaqişə baş verib.
Sportnet.az-ın məlumatına görə, "dəmiryolçular"ın Kazanda "Rubin"ə 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XII tur matçından sonra onlar bir-biri ilə yüksək tonla danışıblar.
Səmədov meydana start heyətində çıxsa da, fasilədə əvəzlənib. Görüşdən sonra Syomin qərarını Səmədovun ötən oyunlardan sonra yorğun görünməsi ilə əlaqələndirib. 32 yaşlı orta sahə oyunçusu sentyabrın 11-də "Spartak"la oyunda da fasilədə əvəzlənib. Qalan 10 matçda isə o, sonadək meydanda olub, 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Yuri Syomin 2013-2014 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub. Aleksandr Səmədov isə əslən azərbaycanlı olsa da, Rusiya yığmasında oynamağı üstün tutub.