"Əlbəttə, "Lill"ə vurduğum qoldan çox məmnun olmuşdum. Sabahkı oyun isə çox çətin olacaq. Hər bir oyunçu yüksək hazırlıqlı olmalıdır. Bu dəfə kimsə imkanlarından aşağı səviyyədə oynasa, çətin olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Filip Ozobiç Fransa "Sent Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçından öncə mətbuat konfransında deyib.
O bildirib ki, "Sent-Etyen" kimi komandaların olduğu çempionatlarda oynaya bilmək iqtidarındadır: "Mən belə çempionatlarda oynaya bilərəm. Bu cür rəqiblərə qarşı isə oynamaq çətindir. Xüsusən, itkilərimiz olduqda. Rəqiblərimizin heyətində isə itkilər olsa da, onları əvəzləmək mümkündür. Çünki hamısı bərabər səviyyəli oyunçulardır".