"Qəbələ"nin estoniyalı futbolçusu Sergey Zenyov növbəti dəfə milli komandaya çağırılıb. Sportnet.az-ın məlumatına görə, Estoniya Futbol Federasiyasının rəsmi saytında açıqlanan heyətdə 27 yaşlı hücumçunun da adı var.
Millinin baş məşqçisi Martin Reym Zenyovu 2018-ci il dünya çempionatının seçmə mərhələsində Belçika yığması ilə noyabrın 13-də Brüsseldə keçiriləcək rəsmi matça dəvət edib.
Qeyd edək ki, Zenyov 2008-ci ildən şərəfini qoruduğu millidə 54 oyunda 10 qol vurub.













































































