Avropa Liqasının "Qəbələ" - "Sent-Etyen" matçında ilk sarı vərəqə 28-ci dəqiqədə qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, bu, qonalqarın mərkəz müdafiəçisi Florentin Poqbaya göstərilib.
Ancaq qarşılaşmanın ispaniyalı baş hakimi Karlos Del Serro Qrande Pol Poqbanın qardaşına aşkar güzəşt edib. Çünki o, "Qəbələ"nin estoniyalı hücumçusu Sergey Zenyovun formasından dartaraq aşkar sonucnu ümid folu ilə təkbətək çıxmasına imkan vermədi. Ancaq regeri qırmızı əvəzinə sarı vərəqə ilə kifayətləndi ki, bu da "Qəbələ"nin ehtiyat oyunçular skamyasında narazılığa səbəb olub.