"Qəbələ" Avropa Liqasında cari mövsümdə ev oyunlarında qol seriyasını davam etdirib. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası bu turnirdə öz meydanında keçirdiyi 6 matçın hamısında rəqib qapıısna yol tapıb.
"Qırımızı-qalarar" paytaxtda - "Bakcell Arena"da və "Dalğa Arena"da keçirdiyi bu qarşılaşmalarda ümimilikdə 14 qol vurub. "Qəbələ" sonuncu dəfə ötən mövsüm qrupda son matçında "Bakcell Arena"da Ruisyanın "Karsanodar" klubuna 0:3 hesabı iə uduzduğu matçda meydanı qolsuz tərk edib.
Avroliqadakı digər təmsilçimiz "Qarabağ" da bu mövsüm avrokubokarda bütün ev oyunlarına qol vurub. Ancaq fərq ondadır ki, bu, "Qəbələ"dən az - 5 oyun və iki turnirdə olub. Bu əvvəlcə Çempionlar Liqası, sonra isə Avropa Liqasıdır. Ağdam klubu bu 5 oyunda 10 dəfə rəqiblərini cəzlandırıb. Qurban Qurbanovun komandası da əyalət təmsilçisi olsa da, paytaxtda çıxış edir və 2 arenada - Tofiq Bəhramov adına Respublika stadionunda və "Dalğa Arena"da oynayıb.
Ötən gecə klublarımızın qollarına "Qəbələ"dən millimizin hücumçusu Ruslan Qurbanov, "Qarabağ"dan ispaniyalı yarımmüdafiəçi Migel Madera olub. Sonuncu bu il Ağdam klubuna hər 2 qolunu qrupda vurub. O, ilk dəfə "Slovan"la "Dalğa Arena"da 2:2 hesabı ilə nəticələnən matçda fərqlənib. Qurbanov isə "Maynts"a "Bakcell Arena"da 2:3 hesabı ilə məğlub olduqları qarşılaşmada penaltidən qol vurub. Ancaq Ruslan cari avrokuboklarda "Neftçi"də də oynayıb və Avroliqanın ilk təsnifat mərhələsində Maltada "Baltsan"a 2:0 hesabı ilə qalib gəldikləri oyunda penaltidən fərqlənib. Ancaq gənc hücumçu bu dəfə oyundan qola imza atıb.