1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizlə oyunöncəsi zədələnən hücumçu: "Vəziyyətim daha pis imiş"
Azərbaycan milli komandası ilə rəsmi oyuna hazırlıqdan kənarda qalan Şimali İrlandiya millisinin futbolçusu Ceymi Uord zədəsindən danışıb.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı hücumçu xəsarət aldığı epizodu şərh edib.
İngiltərə çempionatının birinci divizionunda çıxış etdiyi "Barton"un heyətində zədələnən Uord müdafiəyə köməyə getdiyi zamanı problemlə üzləşib: "Topu qovurdum. Müdafiəni bağlamağa getdim. Bir anda zədə aldım. Əvvəlcə elə də çox ağrı hiss etmirdim. Müayinə edildikdən sonra gördük ki, vəziyyətim daha pis imiş. Ümid edirəm ki, 4 həftə sonra normal yeriyə biləcəyəm. Bu, əməliyyatın necə keçməsindən asılıdır. Milli komandanın da həkimləri məni motivasiya edirlər”.
Qeyd edək ki, təcrübəli futbolçu ayağındakı sınıq səbəbiylə DÇ-2018-in seçmə mərhələsi çərçivəsindəki Azərbaycanla oyunu və Xorvatiya ilə yoldaşlıq matçını buraxmalı olacaq.