
Futbol üzrə Braziliya yığması 2018-ci il dünya çempionatının Cənubi Amerika üzrə seçmə qrup mərhələsinin ev oyununda Argentinanı darmadağın edib. Sportnet.az-ın məlumatına görə, Belu-Orizonte şəhərində keçən görüş 3:0 hesabı ilə başa çatıb.
Oyunda qolları Koutinyo (24-cü dəqiqə), Neymar (45) və Paulinyo (59) vurub. Komandaların İspaniyanın "Barselona" klubunda çıxış edən kapitanları Neymar və Lionel Messi ilk dəfə olaraq rəsmi matçda üz-üzə gəliblər.