1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayev: "Mənim indi bildiyimi Ronaldu 21 yaşında bilirdi" - MÜSAHİBƏ
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev müsahibə verib. Təcrübəli qapıçı Sportnet.az-ın Belfasta ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.
- Hazırkı durumun necədir? Psixoloji cəhətdən yaxşısanmı?
- Yığmaya gələndə psixoloji durumda problem olmamalıdır. Çünki milli hamımızındır. Hamımız vuruşmalıyıq. Millidə əziyyət çəkmək lazımdır. Çünki bu, Azərbaycan xalqının komandasıdır. Bura heç kəs pis vəziyyətdə gələ bilməz. Heç kəsin buna haqqı yoxdur. Düşünürəm ki, sizli-bizli hamımız oyuna hazırlaşmalıyıq. Sadəcə, Rəşad Sadıqovun zədə problemi var. Oynamağa hazıram və bura qələbə üçün gəlmişik. Çoxu elə düşünür ki, heç-heçəyə oynayacağıq, 1 xal bizə bəsdir. Ancaq belə deyil. Danışanda yekəbaş deyirlər. Yekəbaş danışmıram, sadəcə, özümə inanıram. Biz bura bir xal üçün gəlmiş olsaq, onu da əldən verərik. Bura qələbə üçün gəlmişik. Niyə də olmasın? 11-11-ə oynayırıq. Reallıqla danışsaq, rəqibin futbolçularından fərdi keyfiyyətlərdə geri qala bilərik. Amma vuruşmaqla nəticəni əldə edə bilərik. Sən oynaya bilmirsənsə, rəqibi də oynamağa qoyma.
- Şimali İrlandiya dedikdə, ilk olaraq ağlına nə gəlir? Bu yığmanı necə təsəvvür edirsən?
- Təhlillər olur. Futbol riyaziyyat, və ya "Playstation” deyil ki, kənardan baş məşqçi durub bizi idarə eləsin. Hər kəsin öz fantaziyası var. Bizə göstərilən, ağlımızda, təsəvvürümüzdə olan təhlilərdən bu qərara gəlmişik ki, "ikinci mərtəbədə”də oynayırlar. Bilirik ki, standart vəziyyətləri çətin olur. Onları evdə udmuşuq da, səfərdə bərabərə də oynamışıq. Göstərişlər veriləcək. Ancaq hər kəsin öz fikri, öz fantaziyası və oyyun üslubu var. Bu, o demək deyil ki, sən şahmat kimi belə oynamalısan. Təbii ki, oyun nizam-intizamından çıxmamaq şərtilə. Oynamağımdan asılı olmayaraq ürəyim həmişə milli komanda ilədir.
- Komandanın üzərində turnir cədvəlindən doğan psixoloji təzyiq yoxdur ki? Çünki yığma ilk dəfə belə fürsət əldə edib...
- Təsadüfdən qələbə qazanmaq olmur. Təsadüfdən güclü idmançı uduza bilir. Təsadüfdən heç kim qalib gəlmir. Hər idman geyimi geyib idman zalına gedənə idmançı deyilmir. Uzun müddət idmanla məşğul olub nəticə verənlərə idmançı deyilir. İdmanda uzun müddət olanda artıq nəticə verməlisən. Berti Foqtsun dönəmində xal sayında göstəricimizi yaxşılaşdırdıq, millidə inkişaf var deyildi. İnkişaf o deyildi.
- Bəs nədir?
- İnkişaf odur ki, "Qarabağ”, "Qəbələ” qrupda oynayır, futbolçularımız öz sözünü deyir. İnkişaf bundan bilinir. Yaxşı oynadıq, amma uduzduq. Bu, düzgün cümlə deyil. Yaxşı nəticə vermək lazımdır. Pis oyna, ancaq nəticə ver, Avropada çıxış et. Biz Avropa, dünya çempionatında final mərhələsinə düşsək, düşünmürəm ki, hazırkı dövrdə bizim üçün xaricə transfer olunmaq bu qədər çətin olar. Hər hansı azərbaycanlı futbolçu iddialı bir kluba gedəndə, hardan gəldiyini biləndə transfer baxımından bir az problem olur. Səmimi danışıram, çünki özüm Avropada oynayıram deyə bunu hiss edirəm. Nə qədər güclü oynasan da, səndən istər-istəməz ehtiyat edirlər ki, necə olur bu yaxşı oynayır. Öz-özlərinə sual verirlər. Orda "ilk 11-lik”də oynayacaq, öz sözünü deyəcək futbolçular sonradan kifayət qədər tanınıblar. Səviyyəli klublarda futbolçularımız oynasalar, uğurlarını çox görərik. Bu qədər xal qazanmağımız təsadüf deyil. Ancaq mübarizəni saxlamaq olmaz, vuruşmaq lazımdır. Oturub hesablamaq olmaz ki, biz filan komandaya, ona-buna uduzduq. San-Marino qonağımız olacaq, onları udacağıq və 10 xalımız olacaq. Bizim üçün superdir-falan. Belə düşünmək olmaz. Addım-addım getmək lazımdır və birgə irəliləməliyik. Buna hamı inanmalıdır. Təbii ki, əvvəlcə Azərbaycan xalqı. Söz var ki, insana deyiləndə "sınırsan", düşünürsən ki, doğrudanmı belədir? Narahatçılıq keçirirsən. Söz də var ki deyiləndə imkansızı bacararsan. Çünki həmin an sənə o qədər inanırlar ki, bu, başqa bir şeydir. Hamı bir-birinə dayaq olandan sonra sən bunu edə bilərsən və eləməyə də borclusan. Hazırda da bunu edirik. Şükür Allaha, əlimizdən gələni edirik. Potensialımızdan artıq oynamağa çalışmalıyıq ki, nəyisə əl edə bilək. Çünki biz bugün əlimizdən gələni ediriksə, müəyyən səviyyədə oynadığımız futboldan arxayınıq. Özümüzdən 1-2 baş artıq nəyisə etməliyik ki, əldə etməyə uğurumuz olsun. 90 dəqiqədir, 11-11-ə oynayırsan. Nəyin necə olacağını bilmirsən. Oyun qurtardıqdan sonra bilirsən ki, necə oynamısan.
- Səncə, problemli cəhətimiz nədir?
- Rəqib meydanında oyuna başlayanda çətinlik çəkirik. Əsas öz oyunumuzdur. Xorvatiya ilə oyunu xatırlayıram. Matça başlayanda bir az pis başladıq. Müdafiə xətti səhvlər etdi. Mən də onlara qoşulub oyuna pis başladım. Nəticədə ilk hissə 0:4 bitdi. Biz gərək oyunlara elə başlayaq ki, səfərdə nəticə əldə edə bilək. Məsələn, Norveçə matç buna sübutdur. Dəfələrlə belə olub. Türkiyəylə oyunu xatırlayıram. Biz oyuna başlayanda türklər bizdən üstün başladı. Qol epizodları oldu, amma vura bilmədilər. Biz isə bir epizod tutduq və istifadə edib qələbə də qazandıq. Sadəcə, evdə zəif rəqibləri udaq, bu, millətin başını aldatmaqdır. Güclülərdən də xal götürmək lazımdır. Bunun üçün gərək yüksək səviyyədə futbol oynayasan. Deyəndə ki biz Almaniyanı uda bilərik, gülürlər bizə. Mən özüm-özümə inanıram, güvənirəm. Üzr istəyirəm ifadəmə görə, mən özümdə inam hiss eləməsəm, o dəqiqə idman karyeramı bitirərəm. 20 ildir idmanın içindəyəm. İndiyədək deməmişəm ki, 20 ildir Azərbaycan üçün futbol oynayıram. Deyirəm ki, 20 ildir idmanla məşğulam. Hər zaman da öyrənməyə çalışıram. Çünki gərək hər zaman yeni nəyisə öyrənəsən. Bildiyini təkrar etməklə deyil, gərək artım olsun. Mən hansısa kluba addım atanda başqa mənfi şeylər olur. Zədələrə görə geri düşdüm. Bəzi ifadələr var idi haqqımda yazılırdı, "qara zolaq” və s. Bunlar bəxtsizlik amilidir. Məndə belə şeylər yox idi. Sadəcə, zədə baxımından geri düşdüm. Şəxsi həyatımda müəyyən problemlər oldu. Bu problemlər hər bir insanın həyatında ola bilər. O dönəmlərdə "Sumqayıt”da idim. Bu kluba minnətdaram. Tək ona yox, Azərbaycanda istənilən kluba ağız açsam ki, gəlim sizdə məşq edin, inanmıram ki, üzümə qapını bağlayarlar. "Xəzər Lənkəran”la belə problem yaşadığım dönəmlərdə bu klub mənə dayaq olub və meydançalarında məşq etməyə mənə icazə veriblər.
- "Sumqayıt”la hansı səbəbdən müqavilə imzaladın?
- Ona görə ki, komanda üzvlərinə hörmətsizlik olmasın. Transfer olmadığım halda "Sumqayıt”da oynayacaq, onun uğurları haqda düşüməcəkdim. Amma formamı bərpa etməyə bu klub kömək oldu. "Boaşişta”ya transfer oldum, orda futbol oynayıram. Mənfi şeyləri oxuyanda adama pis təsir edir. Ay sənin futbolun qurtardı, xarakterin pisdir. Xalq bizim 90 dəqiqəni görür, ilboyu əziyyət çəkdiyimizi yox. Xarakterimizlə bağlı yazan əslində, xarakterimi bilmir, adamın bizimlə yoldaşlığı yoxdur. Və bilmir vəziyyət necədir. Sadəcə, 90 dəqiqə ərzində gördüklərinə görə yazır ki, filan futbolçu xarakterinə görə belədir. Xeyr, qəti belə deyil. İşim zamanı tam fərqli bir adam oluram. Bu da məndən asılı olmayan bir şeydir. Bu, qanımdadır. Xarakterim budur, onu dəyişə bilmərəm. Çünki bu üslubda oynayan futbolçuyam. Hansısa məşqçi təzə gələndə taktikaya uyğun futbolçu alır. Futbolçuya uyğun taktika seçmirlər. Oyunçudan sadəcə, istifadə edirlər. Belə hallar barəsində çox danışa bilərəm. Məsələn, soruşurlar ki, filan futbolçunu niyə çağırmırlar milli komandaya. Bu halı başa salmaq olmur. Məsələn, bir taksiyə oturursan, sürücü tanıyır səni və deyir ki, dayın bir futbol oynayırdı, heyf, adamım olmadı. Bizim məgər adamımız vardı? Müəllim ailəsində böyümüşəm. İstəyirdim ki, oxuyum həkim olum, amma futbolçu olmuşam. Bir şeyə ki, əziyyət çəkirsənsə, gərək bəhrəsin görəsən. Belə bir şey yoxdur ki, tapşırıqla və ya başqa cür milliyə gedəsən. Sadəcə, Berti Foqtsun dönəmində bəzi futbolçular gəlirdi. Onun gözündə bu futbolçular uyğun gəlirdilər milliyə, amma Robert Prosineçki onları çağırmırdı. Ən yaxşı dönəmlərimdə Şahin Diniyev məni çağırmıyıb. Bu o demək deyil ki, Şahin müəllimlə düşmənəm, ya da ki tapşırıblar deyə milliyə götürmürlər. Fərqli amillər var. Foqts gəldi, inam verdi və oynadım. Hər məşqçinin öz sevimlisi var. Ona uyğundur, nəsə görüb. Məsələn, Mourinyo "Real”a gedəndə özüylə neçə futbolçu gətirdi. Sonra "Çelsi”yə getdi. Orada nə qədər oyunçu gətirdi. Peşəkar idman belədir. Millidə tapşırılma, xaraterinə görə götürmədilər, belə şeylər yoxdur. Həyatda mehriban adamam. O demək deyiı ki, ciddiyyətdən kənaram. Zarafat edirəm, hamı ilə deyib-gülürəm. Bir şeyi başa düşmək lazımdır ki, bu, idmandır. İdman davam edir və əvəzolunmaz insan yoxdur. O insanı ki, Allah qaldırırsa zirvəyə, dünya birləşsə, onu yerə sala bilməz. Allah gərək insana yol açsın. Kimə qarşı oynamağına baxmadan gərək özünə inanasan və Allahdan istəyəsən. Əvəzedilməz oyunçu yoxdur.
- Çexiya ilə matçda olduğu kimi, Rəşad Sadıqov meydana çıxmayacaq. Bu futbolçsuzu yığma nə dərəcədə dəyişir? Onsuz oynamağa artıq öyrəşmisinizmi?
- Milli elə bir yerdir ki, burada start 11-lik yoxdur. Kim hazırdırsa, o oynayır. Futbolçu olmasan belə, başqa bir sənət sahibi ol, kim olursan-ol, məşqlərdə yaxşısansa, bizim yerimizə niyə də oynamayasan. Onda baş məşqçinin səni oynatmama ixtiyarı yoxdur. Millidə qarşıya qoyulan proqram var. Ordan qırağa çıxa bilməzsən. Bu nə Prosineçkinin, nə də Foqtsun, bu Azərbaycan millisinin proqramıdır. Hamı bu proqrama riayət edir. Hətta onu yazan Prosineçki də. Kimin oynayacağına baş məşqçi qərar verir. Bundan əlavə o, düşünməlidir ki, nə edir. Çünki meydana çıxan komanda Azərbaycan xalqını təmsil edir. Bu gündək atamın oğlu idimsə, meydana çıxırsansa, artıq xalqın oğlusan. Gərək hər hərəkətinə diqqət, təndiqi də qəbul edəsən. Bəzən haqsız yazılar yazırsan.
- Rəşad məcburən, zədəyə görə oynamır...
- Yığma elə yerdir ki, kim hazırdısa, oynayacaq. Rəşadla öyrəşmişik. Əlbəttə, hamı onun oynamağını istəyir. Ancaq elə bir an olur ki, Lənkəranda oynadığım dönəmlərdə hazırlıqsız olmuşam. Məşqsiz olmuşam və futbolçular qorxublar mənə görə. Deyiblər ki bəlkə oynamayasan. Çıxıb orda problem yaratmaqdansa, oynamamağım daha yaxşıdır. Rəşada gəlincə, kifayət qədər təcrübəlidir. Onun meydanda olmağı futbolçulara stimul verir. Tək Sadıqov yox, onun kimi futbolçular çoxdur.
- Rəşad meydanda olmayanda özünü rahat hiss edirsənmi?
- Hamımız bir-birmizə zəncircari bağlıyıq. Rəşadın yerinə ehtiyatda oturan futbolçunu adam yerində görməyəndə narahat olur. O ki qaldı Sadıqovun və ya qeyri-birinin oynamamağı. Kimin meydançaya çıxması fərq eləmir. Sadəcə, hər kəs əlindən gələni etməlidir. Oturub rəqibi analiz etməməliyik. Öz oyunumuzu analiz etməliyik ki, rəqibə qarşı necə oynayacağıq. O dövrümüz deyil ki, topu rəqibdən alın irəli vuraq. Özümüzü yormamalıyıq. Deyirlər ki, 70 dəqiqəlik gücümüz var. Xeyir. Lazım gəlsə, bizim iki 90 dəqiqə oynamağa gücümüz var. Sadəcə, vaxtında düzgün inkişaf edə bilmədik. Kriştianu Ronaldu, Lionel Messi həmyadışlarımdır. Ronaldu məndən 1 yaş böyükdür. Mənim indi bildyimi Ronaldu 21 yaşında bilirdi.
- Yəni gecikirik, hər şeyin bir vaxtı var...
- Bəli. Bəzən komanda yoldaşlarımızın yerinə qaçırıq. Yorulur axı komanda. Artıq 70-ci dəqiqədə uşaqlar dayanır. Məndən qabaq da qapıçılar olub, məndən sonra da olacaq. Hələ də nəyisə etməyə çalışıram. Valideyin övladın gətirib ki, istəyirəm bu da sənin kimi qapıçı olsun. Başa sala bilmirəm ki, məndə o keyfiyyət yoxdur ki, onu övladını öyrədim. Bu işi bilən xüsusi adamlar olmalıdır. Mənə 5 uşaq versələr ki məşq keç, onlara öz orqanizmimi verəcəyəm. Bu zaman artıq-əskis olar, məhv edərəm uşağı. Diş həkimi gedir kateqoriya alır. Stadionu 50 manata icarəyə götürür. 15 nəfər uşağə 50-100 manatdan götürür, pulun yarısın qoyur, cibinə guya uşaqları öyrədir.
- Kimə söz atırsan?
- Söz atmıram, açıq deyirəm. Ora gedən uşaq "şikəst” olur. Güclü futbolçu o demək deyil ki, sən güclü məşqçi ola bilərsən.
- Onun bünövrəsi peşəkar olmalıdır...
- Mənim indi bildiyimi Kristianu Ronaldu 21 yaşında bilib. Bunu loru dildə deyirəm. Mən avam futbolçu deyiləm. Min Ronaldo gəlsə, mən heç vaxt kürəyimi onların yanında yerə qoymaram. Xarakterim budur, yekəbaş deyiləm. Heç nəyi milli komandama dəyişmərəm. Millinin bayrağını öpürəm. Bu formanı heç vaxt başqa yığmanın forması ilə heç vaxt dəyişməmişəm. Ad fərq etmir. Mən komandaya qarşı oynayıram, konkret futbolçuya yox. Normal baxıram özümə. Sıravi vətəndaş kimiyəm. Bizə necə azarkeşlik edirlər, mən gedib güləşə və başqa idmana azarkeşlik edirəm. Voleybolçu, güləşçi dostlarım da var. Onlar yarışanda onlara da azarkeşlik edirəm. Səfərbərlik elan olunsa, silahımı götürüb siravi vətəndaş kimi gedib vuruşacam. Bünövrə burdan qoyulmalıdır. Bu gün düşünməliyik ki, qələbə qazanmaq üçün nə edəcəyik. Rəqin necə oynayacaq, necə müdafiə olunaq, bunları daha düşünmürük. Almaniyada fərdi oynayaq, belə şeylər yoxdur axı.
- Foqtsa söz atırsan?
- Yox. Əksinə, Foqts Azərbaycan xalqına Kamranı qazandırıb. 19-20 yaşım olanda mənə etibar edib. Məni şikəst edən məşqçilərdən birinin adını çəkə bilərəm. Amma istəmirəm aramızda düşmənçilik olsun. 0:10 hesabı ilə uduzanların siyahısında olan adam məni tənqid edir. Məşqçi olan gərək belə danışmasın. Ola bilər mən həmin adamın gözündə yüksək səviyyəli futbolçu deyiləm, ancaq düşüncəmi deyirəm. O vaxt mən uşaq olanda onlar 0:10 uduzublar. Onlar uduzanda biz də uduzmuş sayılırıq. Biz 0:6 uduzanda onlar da uduzur. Bizə lağ etmək olmaz. Heç kimlə problemim olmayıb. Rednik barədə çıxartdılar, ancaq onunla problemim olmayıb. Onun kimlə problemi var idi, siz yaxşı bilirsiz. O saytı da, hara, nəyə işlədiyini bilrdiniz. İndi varmı o sayt, varmı o klub? Hərdən belə aqressiv danışıram. Haqqı danışıram. Hazırda xaricdə pul qazanıb Azərbaycana gətirirəm. Pulu düşünsəydim, İranda oynayardım. Futbol oynamaq istədim, getdim Potruqaliyaya. Heç bir məşqçi ilə intriqam, heç bir futbolçu ilə pis münasibətim yoxdur. Sadəcə, müəyyən anlaşılmazlıqlar olur. Xoşuna gəlmir, çıxar məni transferə. Sənin qoyduğuna mən riayət edə bilmərəm. Mənim öz mentalitetim var. Sən məndən futbol istəyə bilərsən, ancaq şəxsi həyatıma, yaşam tərzimə heç kəs qarışa bilməz. Atamdan öyrənmişəm bunu. Onun qoyduğu qanunla yaşayıram. Mənim şəxsi həyatım budur. Ailə tərbiyəsi görmüşəm.