1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qara Qarayev: "Bəzən belə məğlubiyyətlər də olur"
"Şimali İrlandiya bu gün ən güclü cəhətlərindən yararlandı. Standart vəziyyətlərdən üç qol vurdular. Bu da gözlənilən idi. Çünki rəqib bütün oyun taktikasını bunun üzərində qurmuşdu. Çoxlarının bizdən yaxşı nəticə gözlədiyini bilirdik. Amma məğlub olduq".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev Şimali İrlandiya yığmasına 0:4 hesabı ilə uduzduqları DÇ-2018-in seçmə qrup matçından sonra deyib.
Yarımmüdafiəçi bildirib ki, məğlubiyyətdə hava şəraitini qabartmaq düzgün deyil: "Artıq danışılası bir şey yoxdu. Növbəti oyunlara hazırlaşmalıyıq. Hava şəraitini qabartmazdım. Sadəcə, Şimali İrlandiya Çexiya ilə müqayisədə standart vəziyyətlərdən daha yaxşı yararlandı. Gördüyünüz kimi, autdan bütün topları cərimə meydançasına atırdılar".
Qarayev məğlubiyyətin komandada ruh düşkünlüyü yaratmayacağına inam ifadə edib: "Bu gün komandanı dəstəkləyənlər, bizə inananlar daha çoxdur. Nə qədər istəməsək də, bəzən belə məğlubiyyətlər olur. Şimali İrlandiya yığması heç də zəif komanda deyil. Avropa çempionatının final mərhələsində çıxış ediblər. Şimali İrlandiya ilə oyuna qədər olan həvəs və istək ilə davam etməliyik. Çünki bizi qarşıda iki çətin oyun gözləyir. Almaniya və Şimali İrlandiya ilə oyunları nəzərdə tuturam. Həmin oyunlarda daha yaxşı nəticə göstərib, qrupda layiqli yer tutmalıyıq”.