1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" daha bir legionerini yola salır
"Neftçi" daha bir legionerlə yollarını ayırır.
Sportnet.az-ın məlumatına görə, bu, əvəzedici heyətə göndərilən Denilson Pereyradır. 21 yaşlı braziliyalı hücumçu ilə müqaviləyə xitam verərək yola salınması üçün danışqılar gedir. O, hələ ki əvəzedici heyətdə məşq edir.
"Ağ-qaralar" yayda transfer etdiyi legionerlərdən rumıniyalı hücumçu Katalin Tiranı "Qarabağ"la oyunda meydana çıxan azarkeşi vurduğuna görə müqaviləni pozaraq qovub. Xorvatiyalı müdafiəçi Dario Melnyak isə əvəzedici heyətdə qalmaq istəmədiyindən, anlaşmasına xitam verilib və icarəyə götürüldüyü Belçikanın "Lokeren" klubuna qayıdıb.
Qeyd edək ki, Denilson "Neftçi"dəki legionerlər arasında ən gəncidir. O, Premyer Liqada 9 oyunda 587 dəqiqə meydanda olub və 1 qol vurub. Bu, "Kəpəz"ə "Əlincə Arena"da 2:0 hesabı ilə qalib gəldikləri matçda baş verib.