Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "İnter” bu gün yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, "Sumqayıt"la "İnter Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib.
"İnter"in yeganə qoluna Qara Qarayev imza atıb. "Sumqayt"dan Amil Yunanovla Azər Salahlı fərqlənib.














































































