1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Asim Xudiyev: "Həndbolu sevmək lazımdır"
"Həndbol ən çox xoşuma gələn idman növlərindən biridir. Həyatımda futboldan sonrakı yerləri voleybol və həndbol tutur. Bura gəlmə səbəbim sadəcə, həvəsdir". Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru, veteran futbolçusu Asim Xidiyev bildirib.
Qadın həndbolçular arasında "Celenc Cup" turnirində Azərbaycanı təmsil edən ABU klubunun Belçika "Femine Vize"si ilə ikinci qarşılaşmasını "ABU Arena"da izləyən keçmiş futbol hakimi digər komanda oyunlarına da marağının olduğunu söyləyib: "İstər voleybol üzrə Superliqa oyunlarını, istər digər Avropa klub yarışlarını izləməyi sevirəm. Bu matçda maraqla gəldim. Təəssüf olsun ki, dünənki qarşılaşmaya gələ bilmədim. ABU-nu təbrik edirəm. Əzmkar qələbə qazandılar. Heyəti gənclərdən ibarət idi. Həndbol ən köhnə idman növlərimizdən biridir. Bu idman növü ilə maraqlanmaq, onu sevmək lazımdır".
Xudiyev dünən futbol üzrə Azərbaycan çempionatının I Divizionunda "Səbail” – "Zaqatala” oyununu "Bayıl Arena"dan izləyib. O, belə müqayisə aparıb: "Hər iki oyunun öz yeri var. Dünənki futbol matçı maraqlı keçdi. "Zaqatala” layiqli qələbə qazandı. Bugünkü oyun da istisna deyil. Hər iki qarşıdurmada maraqlı oyunun şahidi olduq. Sözsüz ki, mənim üçün futbol ilk yerdə durur".