Türkiyədə Mərkəzi Hakimlər Komitəsi 3-cü liqanın oyunlarına hakim təyinatı verməyi yaddan çıxarıb. Sportnet.az-ın "Haberturk"ə istinadən məlumatına görə, bu gün keçiriləcək qarşılaşmaların hakim təyinatları dünən günün ikinci yarısında verilib.
Qarşılaşmaların keçiriləcəyi bölgələrə yaxın olan hakimlər təcili həmin yerə göndərilib. Vaxtsız təyinatlar nəticəsində hakimlərin çalışdıqları iş yerlərində problemlə üzləşdikləri bildirilib.














































































