Argentina yığmasının futbolçuları maraqlı qərar qəbul edib. Sportnet.az-ın məlumatına görə, İspaniya "Barselona"sında çıxış edən Lionel Messi başda olmaqla oyunçular mətbuata danışmaqdan imtina ediblər.
Messi qərtarı belə açıqlayıb: "Mətbuata artıq açıqlama vermək istəmirik. Bir çox ittihamlara məruz qaldıq. Bu təəssüfləndirici haldır. Amma başqa variant yoxdur. Mətbuat nümayəndələrinin əksəriyyəti bizə hörmət etmir və şəxsi həyatımıza müdaxilə edirlər".













































































