"Qarabağ"ın Avropa Liqasında rəqibi olan İtaliyanın "Fiorentina” klubu 2009-cu ildən bəri həyata keçirmək istədiyi yeni stadion layihəsində qəti addımlar atmağa hazırlaşır.
Sportnet.az-ın məlumatına görə, klubun təmsil etdiyi Florensiya şəhərinin şura sədri Eygenio Giani "Bənövşeyi şəhər"lə bağlı açıqlama verib.
Onun sözlərinə görə, "Fiorentina” yeni layihəsini həyata keçirmək üçün önəmli anlar yaşayır: "Layihə ilə bağlı bütün tərəflər barəsində əhalini məlumatlandıracağıq. "Bənövşəyi şəhər”in yerləşəcəyi ərazdiə hospital, otel və istirahət nöqtələri fəaliyyət göstərəcək. Qısaca, klub bu layihədən yüz milyonlarla avro qazanacaq. Buna görə də, "Fiorentina” bu layihəyə ciddi maliyyə vəsaiti sərf etmək üçün önəmli maliyyə qaynaqları tapıb. Ümid edirəm ki, Florensiya bələdiyyəsi stadionun tikiləcəyi sahəni qısa zamanda seçər və proyekti sürətli şəkildə həyata keçirmək üçün bizə yardım edərlər”.
Qeyd edək ki, "Fiorentina" uzun illərdir "Artemio Franki" stadionunda oynayır və "Qarabağ"a orada 5:1 hesabı ilə qalib gəlib.












































































