1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Syomin "Qəbələ"də birgə işlədiyi futbolçunu istəyir
Yuri Syomin vaxtilə baş məşqçisi olduğu "Qəbələ"də rəhbərliyi altında oynadığı Marat İzmaylovla yenidən birgə çalışmaq istəyir.
Sportnet.az-ın məlumatına görə, "Lokomotiv"in 69 yaşlı çalışdırıcısı "Krasnodar"ın təcrübəli yarımmüdafiəçisinin keçidi ilə bağlı bir azarkeşin ideyasını dəstəkləyib: "Bu, yaxşı ideyadır, heç də ağlasılmaz deyil. İzmaylov özünü əldən verməyib, əvvəlki tək əla futbolçudur. Ancaq Marat "Krasnodar"a müqavilə ilə bağlıdır. Onun yüksək səviyyəsinə isə şübhə yoxdur. Rusiyada Fyodr Çerenkovdan sonra belə texnikalı futbolçu olmayıb".
Qeyd edək ki, Syomin İzmaylovla əvvəl "Lokomotiv"də, sonra isə Azərbaycanda "Qəbələ"də birgə çalışıb.