Ukraynada bir neçə agent var ki, oyunçularını Azərbaycan və Ukraynaya göndərirlər".
Sportnet.az xəbər verir ki, bunu məşhur rusiyalı futbol agenti, Ukraynanın "Tavriya" və "Metallurq" (Donetsk) klublarının sabiq vitse-prezidenti Dmitri Selyuk "terrikon.com"a müsahibəsində deyib. Selyuk bildirib ki, həmin həmkarları ukraynalı futbolçuları Azərbaycandan yalnız Roman Qriqorçukun baş məşqçi olduğu "Qəbələ"yə göndərirlər. Halbuki o, ölkənin gənc və istedadlı oyunçularının Avropada oynamalarının vacibliyini dilə gətirib: "Hazırda yalnız gənclərə ümid bəsləməklə böyük nailiyyətlərə imza atmaq çox çətindir. Əgər bu gənclər belə istedadlıdırlarsa, niyə Avropada onlara tələbat yoxdur? Oyunçular öz istəkləri ilə xaricə getməlidirlər".
Qeyd edək ki, hazırda "Qəbələ"də cəmi 2 oyunçu çıxış edir. Bunlar qapıçı Dmitri Bezotosnı ilə müdafiəçi Vitali Vernidubdur.