Azərbaycan mili komandasının futbolçusu Dmitri Nazarov "Aue" klubunun heyətində Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi XIII turda "Hannover"lə səfər matçında da əsas heyətdən kənarda qalıb.
Nazarov görüşün 76-cı dəqiqəsində meydana daxil olub. Bundan 1 dəqiqə meydan sahibləri 2-ci qolu vurub və 2:0 hesablı qələbəni rəsmiləşdirib.
Xatırladaq ki, "Aue" 13 oyundan sonra 10 xalla turnir cədvəlində sondan əvəvlki pillədə qərarlaşıb.










































































