"Qarabağ"ın cənubi afrikalı hücumçusu Dino Ndlovu Azərbaycan Premyer Liqasının XII turunda "Kəpəz"ə bu gün 1:0 hesabı ilə qalib gəlidkləri oyundan sonra müsahibə verib. Matçda qələbə topunun müəllifi olan hücumçu Sportnet.az-ın matçda olan əməkdaşının da suallarını cavablandırıb.
- Komanda bu gün daha çox zədədən qorunmağa çalışırdı...
- Zədə futbolun bir parçasıdır. Futbolçunun zədələnməkdən qorxaraq oynaması da düzgün deyil. Qarşıdakı həftələrdə çox vacib 5-6 oyunumuz var. Buna görə də çox ehtiyat edirdik.
- Avroliqa və cempionat arasında fərq coxdurmu?
- Deməzdim ki, o qədər də böyükdür. Hər iki turnirə ciddi hazırlaşıram.
- Nədənsə cox hücum edə bilmədiniz. Rəqibə qol epizodları yaratmağa da imkan verdiniz...
- Catışmayan təkcə qol idi. İstəyirdik ki, xeyli epizod yaradaraq daha cox qol vuraq.
- Qol vurmagın növbəti oyunda özünəinam verəcək...
- Baş məşqçimiz bütün oyunlara bizi yüksək motivasiya ilə çıxarır. Vurduğum qol mənə əlavə motivasiya oldu. Əsas komandamızın qalib gəlməsidir.
- CAR millisinin baş məşqçisi ilə küsmüşdün. Millidə münasibətlər nə yerdədir?
- Bu məsələ ölkəmdə olub və orda da qalacaq. "Qarabağ"la bağlı suallarınızı cavablandıra bilərəm.
- "Qəbələ" də bu gün qalib gəldi. Bu çempionlyq yarışı hara qədər davam edəcək?
- "Qəbələ"nin qalib gəlməyinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Əsas komandamızın qələbəsi idi. Bunu da bacardıq.