
"Qarabağ”ın Avropa Liqasının qrupunda rəqibi olan "Slovan” klubu Çexiya çempionatında bu gün növbəti matçını keçirib. Sportnet.az-ın məıumatına görə, səfərdə "Yablonets”lə qarşlaşan Liberets təmsilçisi darmadağın olub - 0:3.
"Slovan"ın ilk 2 qolu 45+1 və 46-cı dəqiqələrdə buraxması diqqət çəkir. Qonaqlar 61-ci dəqiqədə daha bir dəfə oyundan mərkəzdən başlamağa dəvət olunub.
Liberetslilər 75-ci dəqiqədə növbəti zərbəni alıb. Bu, yarımmüdafiəçi Vladimir Kufalın ikicni sarı vərəqə alaraq meydandan qovulması olub. Ancaq bu cəza Avropa Liqasına şamil olunmadığından 24 yaşlı futbolçu "Qarabağ"a qarşı oynayacaq. Komandalar noyabrın 24-də Liberetsdə görüşəcək.
Xatırladaq ki, "Slovan" 14 oyundan sonra 14 xalla çempionatda 11-ci pillədə qərarlaşıb.