Bu gün Almaniya Bundesliqasında XI turun mərkəzi oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Dortmund "Borussiya"sı evdə "Bavariya"nı 1:0 hesabı ilə məğlub edib.
Qələbə topunun müəllifi 11-ci dəqiqədə fərqlənən Pyer-Emerik Obameyanq olub.
Bu, "Bavariya"nın cari çempionatda, hazırkı italiyalı baş məşqçisi Karlo Ançelottinin Bundesliqada ilk məğlubiyyəti olub. "Bavariya" bu mövsüm ilk dəfə meydanı qolsuz tərk edib.
"Bavariya" 24 xalla turnir cədvəlində 2-ci, "Borussiya" isə ondan 3 xal geri qalmaqla 3-cü pillədə yer alıb.











































































