1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayev cəzalandı, komandası kubokla vidalaşdı - YENİLƏNDİ
Bu gün Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev "Boavişta”nın heyətində növbəti sınaq qarşısında olub. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı qolkiper bu dəfə Portuqaliya kubokunun 1/16 finalında "Vitoriya Gimarayeş”lə ev matçında start heyətdə yer alıb.
Gərgin, maraqlı mübarizə şəraitində keçən matç "Boavişta" üçün uğursuz alınıb. Ağayev artıq ilk hissədə penaltidən qapısında top görüb. Meydan sahibləri fasilədən az sonra tarazlığı bərpa etsələr də, uzatma dəqiqələrində ağır zərbə alıb. Bu, futbolçusunun qırmızı vərəqə alaraq meydandan qovulması olub.
Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə 30 dəqiqə təyin olunub. Kamran 110-cı dəqiqədə vaxtı uzatdığına görə sarı vərəqə alıb. Qapıçımız sona 2 dəqiqə qalmış isə bu dəfə cərimə zərbəsindən top buraxıb.
Göründüyü kimi, standart vəziyyətlərdən sonra buraxılan qollar qapıçımızı məyus edib. O, son saniyələrdə rəqib vaxtını uzatdığına görə hakimə etiraz edib. Bu zaman meydanda futbolçular arasında münaqişə olub və Ağayev meydana girən rəqib futbolçunu itələyib. Son nəticədə "Boaavişta"nın daha bir futbolçusu meydandan çıxarılıb.
Kamran Ağayevin komandası məğlubiyyətdən xilas ola bilməyərək kubokda mübarizəni dayandırıb.
Millimizin digər üzvü Emin Mahmudov da ehtiyat oyunçular skamyasında yer alıb. Adətən Eminin adı matçlarn protokoluna daxil edilmirdi.
Portuqaliya kuboku, 1/16 final mərhələsi
23:15. "Boavişta" - "Vitoriya Gimarayeş” - 1:2
Qollar: Andre Şembri, 58 - Tiqunho Soares, 28-pen, Paolo Hurtado, 118
Qırmızı vərəqə: Lukas de Lima, 90+1 ("Boavişta", ikinci sarı), İdris, 120 "(Boşavişta", qırmızı)