Azərbaycan millisinin futbolçusu Deniz Yılmaz "Bursaspor"un heyətində növbəti turda "Qalatasaray"la keçiriləcək oyunun hazırlıqlarına start verib. Sportnet.az-ın məlumatına görə, Yılmaz komanda ilə birgə məşq etməyib.
O, baş məşqçi Hamza Hamzaoğlunun tapşırığına əsasən fərdi şəkildə hazırlaşıb. 28 yaşlı hücumçu ilə yanaşı Tomas Sivok və Əziz Behiç də komandadan ayrı məşq edib.
Komandada Serdar Kurtuluş, Şamil Çinaz, Furkan Özçal və Bilal Kısa zədəlidir.
Qeyd edək ki, "Bursaspor" noyabrın 25-də "Qalatasaray"ın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.