"Neftçi"nin U-19 komandası növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, komanda 10-cu turda çempionatın lideri "Zirə” ilə qarşılaşıb.
"Bayıl Arena”da baş tutmuş görüşdə "Neftçi" 3:0 hesablı qələbə qazanıb. Qolları Xəyal Tomarov, Bahadur Həziyev və Əli Şirinov vurub.
"Neftçi” bu qələbədən sonra "Zirə”ni geridə qoyaraq 26 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.
Qeyd edək ki, U-19 Liqasının qalibi gələn mövsüm UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək.









































































