Çempionlar Liqasının qrup mərhələsinin V turu çərşivəsində bu gün keçiriləcək "Napoli" - "Dinamo" (Kiyev) oyunundan öncə qan tökülüb. Sportnet.az-ın məlumatına görə, iki ukraynalı azarkeş Neapolda bıçaqlanıb.
"Dinamo" fanatlarından birinə şəhərin mərkəzi küçəsində hücum edilib. Kiyev təmsilçisinin şərfində olan həmin 50 yaşlı kişini əhatə edən insanlar ona 3 bıçaq zərbəsi endirib. Xəsarət alan dərhal klinikaya yerləşdirilib. Onun vəziyyəti narahatçılığa əsas vermədiyindən tezliklə xəstəxanadan buraxılıb.
Bundan sonra daha bir ukraynalı azarkeş eyni vəziyyətdə hücuma məruz qalaraq bıçaq yarası olub. Xoşbəxtlikdən onun da problemi ciddi olmayıb.
Polis qanlı olayların iştirakçılarının şəxsiyyətini müəyyənləşdirmək üçün videokameraların köməyi ilə vəziyyəti aydınlaşdırmağa çalışır.











































































