
Portuqaliyanın 2-ci liqasında mübarizə aparan "Sportin Lissabon B” komandası səfərdə "Uniao Madeyra” ilə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, 15-ci tur çərçivəsində keçirilən matçda lissabonlular 0:1 hesabı ilə qalib gəliblər.
Azərbaycanlı futbolçu Budaq Nəsirov start heyətdə matça başlayıb və 90 dəqiqə meydanda qalıb.
Bu qələbə "Sportinq Lissabon B” komandası üçün o qədər də asan olmayıb. 35-ci dəqiqədə Mateus Pereyra hesabı açıb. 80-ci dəqiqədə Bubakar Kayut, 85-ci dəqiqədə isə Rikardo Esqayo komandasını azlıqda qoysa da, sonda 3 xal "ağ-yaşıllar” qazanıblar.
Qeyd edək ki, Budaq Nəsirovun klubu hazırda 15 oyuna topladığı 24 xalla 7-ci sıradadır.