
Türkiyə Super Liqasında mübarizə aparan "Kayserispor” klubu ciddi problemlə üzləşib. Sportnet.az-ın məlumatına görə, əsas heyətin müdafiəçisi Larris Mabiala 2 həftəlik sıradan çıxıb.
"Gənçlərbirliyi” matçının ikinci hissəsində zədələnərək yerini Azərbaycan millisinin sabiq üzvü Ufuk Budağa verən konqolu futbolçu oyuna davam edə bilməmişdi.
On ikinci həftədə baş tutacaq "Alanyaspor” – "Kayserispor” matçında cəzalı olan digər müdafiəçi Anıl Karaer və Mabialanın yoxluğunda Ufuk Budaq, Kana Biyik, Erkam Reşmen və Levent Gülen dördyünüyün oynayacağı dəqiqləşib. Bunadək yarımmüdafiənin sol cinahında yer alan Budak bu dəfə müdafiədə çıxış edəcək.