1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İlk dəfə xalsız qaldıq
Azərbaycan avrokuboklarda cari mövsümdə ilk dəfə UEFA-nın reytinq siyahısında hesabına xal yaza bilməyib. Sportnet.az-n məlumatına görə, bu, qrupdakı təmsilçilərimizin hər ikisinin məğlub olmalarına görə baş verib.
"Qəbələ" qrupun V turunda evdə "Anderlext"ə 1:3, "Qarabağ" isə səfərdə "Slovan"a 0:3 hesabı ilə uduzub. Bununla da 25-ci pillədə olann ölkəmizin cari mövsümdə xal ehtiyatı 4.250, son 5 ildə isə 17.750 olaraq qalıb.
Azərbaycanın ən yaxın izləycisi olan Kipr də ötən gecə məğlubiyyət yaşadığından xal fərqimiz dəyişməz qalıb. Bu ölkənin APOEL klubu Qazaxıstanda "Astana" ilə matçda hesada irəlidə olsa da, sonda məğlub olub - 1:2. Kipr əvvəlkitək bizdən 0.200 xal geri qalır.
Azərbaycandan 1 pillə yuxarıda olan İsrail isə fərqi daha da artırıb. Bu ölkə də bizim kimi qrupda 2 klubla təmsil olunub və onlardan biri - Beer Şava "Hapoel"i evdə İtaliya "İnter"i üzərində əzmkar qələbə qazanıb - 3:2. Özü də israillilər hesabda 0:2 geridə olduqlarından güclü rəqibə qarşı böyük əzmkarlıq göstəriblər. Nəticədə İsrail xalını 18.625-ə artırıb və ölkəmizlə xal fərqi 0.875-dək artıb. Bu ölkənin digər təmsilçisi Təl-Əviv "Makkabi"si "Zenit"ə səfərdə 0:2 hesabı ilə uduzduğundan xalsız qalıb.
Qeyd edək ki, "Qarabağ” cari növsümdə qazanılan xallara görə klublarımız arasında 1-dir - 2.125. Onun ən yaxın izləyicisi olan "Qəbələ” 1.375 xal toplayıb. "Neftçi” ilə "Kəpəz” hərəyə 0.375 xal yığıb. Qrupda qələbəyə görə 0.500, heç-heçəyə görə 0.250 xal verilir. Bu isə təsnifat mərhələsində müvafiq nəticələrə görə verilən xallardan 2 dəfə çoxdur.