1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ı pley-offa aparan yollar: 1 xal da bəs edə bilər
"Qarabağ”ın Avropa Liqasında yer aldığı J qrupunda mübarizə daha da gərginləşib. Sportnet.az-ın məlumatına görə, buna PAOK-un "Fiorentina” ilə səfər matçında gözlənilmədən qalib gəlməsi olub.
Saloniki təmsilçisi qarşılaşmanın son saniyələrində qələbə topunu vuraraq 3:2 hesablı qələbə qazanıb. Nəticədə PAOK öz şansını xeyli artıqmaqla yanaşı, "Fiorentina”nı da çətin vəziyyətə qoyub. Halbuki, oyun 2:2 hesabı ilə bitsəydi, Florensiya təmsilçisi həmin 1 xalla 1/16 finala çıxmasını rəsmiləşdirirdi və deməli, Bakıya iddiasız gələcəkdi.
İndisə vəziyyət tam dəyişib. İtalyanlar Bakıda uduzalarsa, 1-ci pillədən 3-ə düşərək pley-offdan kənarda qala bilər. Bu mübarizədə "Qarabağ”ı 3:0 hesabı ilə məğlub edən "Slovan”ın da şansı qalır. Bunun üçünsə çexlər Yunanıstanda qalib gəlməli, "Qarabağ” isə evdə məğlub olmalıdır. Onda bu 3 komanda arasında şəxsi oyunlardakı toplanılan xallara görə ən yaxşı göstəriciyə Liberets təmsilçisi malik olur və "Fiorentina”dan sonra 2-ci olaraq qrupdan çıxır.
Ancaq 1/16 final uğrunda mübarizədə əsas favoritlər "Fiorentina”, "Qarabağ” və PAOK sayılır. Çünki qrup sonuncusu olan "Slovan”ı qabaqlayan bu üçlüyün taleyi öz əlində deyil. İstənilən halda, 1-ci yerdə olan florensiyalılar daha şanslıdır. Təsadüfi deyil ki, "Qarabağ”la PAOK-a mütləq qalib gəlmək lazımdırsa, İtaliya təmsilçisinə 1 xal da bəs edir.
"Fiorentina" hətta məğlubiyyət təqdirində də qrupdan çıxa bilər. Çünki 3 komandanın eyni – 10 xalı olacağı halda, öz aralarındakı matçların nəticələri hesablanır və bu zaman "Fioorentina” PAOK-u top fərqində çox üstələyir. Halbuki, yunanlar şəxsi oyunlarda üstündür – evdə 0:0, səfərdə 3:2. Ancaq bu halda 2 yox, 3 komandanın arasındakı matçların nəzərə alınması PAOK-un planlarını pozur. "Fiorentina”nı Bakıda 6 və daha çox top fərqli məğlubiyyət "ilişdirə” bilər ki, bu da real görünmür.
Əlbəttə, bizi ilk növbədə "Qarabağ”ın taleyi maraqlandırır və gəlin, onunla bağlı variantları nəzərdən keçirək. Təbii ki, pley-off gedən əsas yol qələbədən keçir. Bu nəticə qeydə alınarsa, Qurban Qurbanovun komandası avtomatik 1/16 finalçılar sırasında olacaq. Ona görə ki, 3 komandanın eyni - 10 xalı olacağı halda "Qarabağ" şəxsi oyunlardan ən çox – 9 xal toplayıb. Deməli, bu zaman çempionumuz qrup qalibi kimi növbəti mərhələyə vəsiqə qazanır ki, bu da böyük göstəricidir.
"Qarabağ” heç-heçə edərsə də, qrupdan çıxa bilər. Təbii ki, bu zaman 2-ci yerlə. Onun üçün PAOK-un evDə "Slovan”ın qalib gəlməməyi lazımdır. Saloniki təmsilçisi uduzarsa, aydın məsələdir ki, bizdən 1 xal geri qalacaq. Heç-heçə edərsə isə eyni 8 xala malik olacağıq. Ancaq şəxsi oyunlar ağdamlıların qarşısında "yaşıl işıq yandırır" – evdə 2:0, səfərdə 1:0.
Çempionumuzun məğlub olacağı halda adını 1/16 finalçılar sırasına yazdıra bilməyəcəyi dəqiqdir. Çünki bu zaman 7 xal toplayan "Slovan” vəsiqənin sahibi olur. 7 xala malik olacaq bu üçlükdə şəxsi oyunlarda ən aşağı göstərici Saloniki təmsilçisində olur – 1 xal. "Qarabağ”la "Slovan” isə 7 xala malik olurlar. Göründüyü kimi, "Fiorentina"ya hər 2 oyunda uduzan çexlər bu xalları rəqibləri ilə matçlarda qazanıb. Bizim qarşımızı kəsən çexlərə qalib gələ bilməməyimizdir. Axı "Slovan” "Qarabağ”a uduzmayıb və ondan 4 xal götürüb. Bu, Bakıda 2:2 hesablı heç-heçə, Liberetsdə 3:0 hesablı qələbə nəticəsində əldə olunub.
Göründüyü kimi, Qurban Qurbanovun yetirmələri Çexiyada uduzmaqla işini çətinə salsalar da, şansları yenə qalır və ən əsası, hər şey öz əlindədir. Növbəti tarix yazmaq üçün "Fiorentina”nı məğlub etmək lazımdır. Bu, nə qədər çətin vəzifə olsa belə. "Fiorentina" dekabrın 8-də Tofiq Bəhramov adına Respublika uduzacağı halda da demək olar 1/16 finala çıxır ki, bu zaman itirəcəyi yalnız qrup liderliyidir. "Qarabağ"a 1 xal da bəs ola bilər ki, bu zaman Salonikidəki matçın nəticəsindən asılı olacağıq.
Mehman SÜLEYMANOV