1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanın 4-cü darmadağını
Azərbaycan klubları Avropa Liqasının qrup mərhələsində 4-cü böyükhesablı məğlubiyyətini alıb. Sportnet.az-ın məlumatına görə, bu, "Qarabağ"ın Çexiyada "Slovan"a 0:3 hesabı ilə uduzması ilə reallaşıb.
Nəticədə qrupda 2-ci dəfə darmadağın olunan Ağdam klubu bu göstəricidə "Qəbələ"yə şərik olub. Roman Qriqorçukun komandası da hər 2 belə məğlubiyyətini eyni mövsümdə alıb. Sadəcə, bu ötən il debütdə olub. Onda "qırmızı-qaralar" Dortmundda "Borussiya"a 0:4, Bakıda "Krasnodar"a 0:3 hesabı ilə uduzmuşdu. Sonda "Qəbələ"nin qrupundan məhz bu 2 komanda pley-offa çıxdı. Qrupda debütantımız olan "Neftçi" isə keçridyi 1 mövsümdə meydanı böyükhesablı məğlubiyyətlə tərk etməyib.
Darmadağınlarda yegabnı qolumuzu "Qarabağ"ın cənubi amerikalı legioneri Dino Ndlovu imza atyıb. Hücumçu yeni klubunda qol hesabını Florensiyadakı matçda açıb.
Qeyd edək ki, "Qarabağ" cari mövsümdə avrokuboklarda çexlərlə 4 dəfə göürşərək qalib gələ bilməyib. Əvvəlki 3 oyun heç-heçə nəticələnmişdi. Ümumiyyətlə, klublarımız avrokuboklarda bu ölkənin təmsilçisini heç vaxt məğlub edə bilməyib.