"Qəbələ”nin futbolçusu Rəşad Eyyubov klubunun tarixində "fərqlənib”. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi "qırmızı-qaralar"ın qrup mərhələsində qırmızı vərəqə alan ilk futbolçusu olub.
Eyyubov bunu "Anderlext”lə matçın 89-cu dəqiqəsində ikinci sarı vərəqə almaqla gerçəkləşdirib. O, ukraynalı hakim Yevgeni Aranovski tərəfindən ilk xəbərdarlığı 63-cü dəqiqədə alıb.
Qrupda debütantımız "Neftçi”dən 2012-ci ildı qırmızı vərəqə alan olmayıb. Ardıcıl 3-cü mövsümdür bu mərhələdə çıxış edən "Qarabağ”dan ilk və hə ki yeganə meydandan qovulan Elvin Yunszadədir. "Qarabağ"ın müdafiəçi "Fiorentina" ilə matçın 30-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alıb və komandasının darmadağına əsas səbəbkar olub. Çünki həmin vaxt hesab açılammışdı və sonda florensiyalılar 5:1 hesabı ilə qalib gəlib.
"Qəbələ”nin ötən mövsüm qrupda debüt mövsümündə meydandan qovulan futbolçusu olmayıb. Tənifat mərhələsini də nəzərə alsaq, "qırmızı-qaralar” cari mövsümdə 2-ci dəfə qırmızı vərəqə alır. İlk meydandan qovulan Teo Uiks olmuşdu. Liberiyalı yarımmüdafiəçiyə pley-off mərhələsinin "Maribor”la Sloveniyadakı cavab matçında birbaşa qırmızı vərəqə göstərilib. Nəticədə 2 oyunluq cəzalanan legioner qrupda startda "Anderlext”lə səfər, "Maynts”l ev oyununu buraxmalı olub.
Rəşad "Qəbələ"nin tarixində avrokuboklarda qırmızı vərəqə alan 3-cü futbolçudur. İlk belə cəza da pley-offda olub. Onun müəllifi müdafiəçi Ürfan Abbasov idi. "Qəbələ”nin hazırkı heyətində ən uzun müddətdir oynayan, azərbaycanlı futbolçular arasında matç sayında lider olan 24 yalı müdafiəçi "Panatinaikos”la ev matçında meydandan çıxarılıb. O da Eyyubov kimi "Bakcell Arena”da həmin yerdə kobud oyuna görə cəzalanıb. Fərq ondadır ki, Abbasova göstərilən qırmızı vərəqə birbaşa olduğundan 2 oyunluq cəza kəsilib.
Eyyubov isə 2-ci sarı vərəqəyə görə meydandan çıxarıldığından 1 oyunluq diskvalifikasiya olunacaq. Bu isə "Maynts”la dekabrın 8-dəki Almaniyadakı matçı buraxacağı deməkdir. "Qəbələ”nin avrokuboklarda cari mövsümündə 1 matçı qaldığından, Rəşad üçün Avroliqa artıq bitib.