"Qəbələ"yə qarşı yaxşı oyun keçirdik. Qapı qarşısında çoxlu qol imkanlarımız oldu". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Anderlext"in futbolçusu Bram Naytink Belçika mətbuatına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa Liqasının qrup mərhələsində V turunda "Qəbələ" ilə oyunda qapılarına təyin olunan ilk penalti onlarda gərginlik yaradıb: "Birinci penaltidən sonra bir az əsəbiləşdik. Amma tezliklə toparlandıq və oyuna motivasiya olduq. Ümidsizliyə qapılmadıq. Vurduğumuz qol bizi hədəfə götürdü".
Qeyd edək ki, "Anderlext" 5 matçdan 11 xalla qrupunun lideridir və 1/16 finala vəsiqəni təmin edib.









































































