"Ümid edirəm ki, mənim bu cür başlanğıcım "Anderlext"in önünü açacaq. "Qəbələ" çoxlu boş sahələr verirdi və bundan istifadə etdik". Sportnet.az-ın məlumatına görə, "Anderlext"in futbolçusu Massimo Bruno "Qəbələ" ilə oyunla bağlı bildirib. Onun fikrincə, Avropa Liqasının qrup mərhələsinin son turunda "Sent-Etyen"lə ev oyunu onlara daha çox zövq verəcək: "Son vaxtlar klub və komandamız ətrafında mənfi dalğalar vardı. Tənqidlərə cavab vermək məcburiyyətində idik. "Qəbələ" ilə matçda hədəfimiz 3 xal idi. Qələbə bizi daha da rahatlaşdırdı. Diqqətimizi çempionatdakı "Muskron"la matça çevirə bilərik".
23 yaşlı cinah hücumçusu komandada daim start heyətində oynamaq ehtimalı ilə bağlı verilən suala belə cavab verib: "Bunu müəyyən edən mən deyiləm. Bu məsələ baş məşqçiyə aiddir. Onun qərarına nəinki mən, məşqçilər korpusu, klubun idarə heyətinin üzvləri də hörmətlə yanaşırlar".









































































