Türkiyə Superliqasında XII tur çərçivəsində "Alanyaspor" "Kayserispor"la qarşılaşıb. Sportnet.az-ın məlumatına görə, millimizin sabiq üzvü Ufuk Budak Kayseri təmsilçisinin heyətində matça ilk "11-lik"də başlayıb.
Həmyerlimiz sonadək meydanda olub və son dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Qarşılaşma "Alanyaspor"un 3:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, "Kayserispor" 12 oyundan 9 xalla turnir cədvəlinin 17-ci pillədədir.