Hazırda davam edən "Kəpəz" - "Neftçi" matçında maraqlı hadisə yaşanıb.
Sportnet.az-ın oyunu izləyən əməkdaşının məlumatına görə, media sektorun yanında əyləşən "Neftçi"nin mətbuat katibi Mehman Rəsulov və yardımçıları Gəncə şəhər icra başçısı Elmar Vəliyevin göstərişi ilə tribunadan qovulublar.
Onlara "Forza "Neftçi"nin oturduğu tribunaya getmək göstərişi verilib.
Seymur KƏRİMLİ, Gəncə