1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ronaldodan Ferqyusona təşəkkür
UEFA Superkubokunda "Sevilya” klubunu 2:0 hesabı ilə məğlub edən Madrid "Real”ının futbolçusu Kriştianu Ronaldo oyundan sonra açıqlama verib. Sportnet.az-ın məlumatına görə, UEFA-nın rəmi saytına danışan futbolçu dubl etdiyi oyuna belə şərh verib:
"Zədədən sonra bu mənim ilk oyunum idi. Ona görə az da olsa həyəcanlıydım. Ancaq meydanda özümü rahat hiss etdim. Komanda da bu barədə mənə çox kömək etdi. İlk qoldan sonra özümü daha da rahat hiss etdim. Zədənin ağrılanı olmadı. Başa düşürdük ki, çətin oyun olacaq. Ancaq biz çox yaxşı oynadıq. Qol imkanlarımız çox oldu. "Sevilya”nın ilk qoldan sonra bəz momentlərdə qolşanları oldu, lakin biz daha çox hücum edib ikinci qolu vurduq".
Hər dəfə olduğu kimi, Ronaldo bu dəfə də keçmiş baş məşqçisi Aleks Ferqyusonun ünvanına xoş sözlər səsləndirib: "Oyunun ən yaxşı futbolçusu" mükafatını mənə təqdim etdiyi üçün Aleks Ferqyusona minnətdarlığımı bildirirəm. Onun mənim üçün dəyəri böyükdür. Çünki 18 yaşımda "Mançester Yunayted”ə gəldiyim vaxtlarda o, mənə çox şey öyrədib".