
"Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Hollandıyanın "Tvente” klubu ölkə çempionatında II turun oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, "Qrols Veste” stadionunda baş tutan oyunda "Tvente” "Ado Den Haaq” klubunu qəbul edib. Matç 2:2 hesab ilə başa çatıb.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsində baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Tvente" (Hollandiya) oyunu isə avqustun 21-də Bakıda keçiriləcək.