1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" 15 qat ölkə çempionu ilə görüşəcək
"Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2016/17 mövsümünün ikinci yarısına hazırlıqlarını davam etdirir. Sportnet.az-ın məlumatına görə, yanvarın 5-də Qəbələdə bir araya gələn Hüseynqulu Quliyevin yetirmələri məşqlərini şəhər stadionunda gerçəkləşdirir.
Əvəzedicilər hazırlıq prosesinin Qəbələdə keçirilən 1-ci mərhələsində yoxlama oyununda da qüvvəsini sınayıb. Komandamız I divizion təmsilçisi "Ağsu” ilə görüşüb. Tural Məmmərzayevin hesabı açdığı qarşılaşma heç-heçə nəticələnib - 1:1.
Əvəzedicilərin Qəbələdə keçirilən təlim-məşq toplanışı yanvarın 13-də başa çatacaq.
Ertəsi gün komanda Türkiyənin Antalya şəhərinə yollanacaq. Quliyevin yetirmələri qonşu ölkədə 3 yoxlama matçında qüvvəsini sınayacaq. Bu matçlar yanvarın 16-da, 18-də və 20-də keçiriləcək. Sınaqçı rəqiblərdən birincisi artıq dəqiqləşib. "Qəbələ” Albaniyanın "Partizani” klubunun əsas komandası ilə görüşəcək. 15 dəfə ölkə çempionu olan Tirana klubu ötən mövsüm Superliqada 2-ci yeri tutub.
Antalya toplanışını başa vurub, ayın 21-də vətənə dönəcək əvəzedicilər ikigünlük istirahətə buraxılacaq. Əvəzedicilərin çempionatının XIX turunun "Sumqayıt”la matçının hazırlıqlarına yanvarın 23-də start verəcək "qırmızı-qaralar” məşqlərini ayın 27-dək davam etdirəcək.