Türkiyənin "Bursaspor" komandasının yeni baş məşqçisi müəyyənləşib. Sportnet.az-ın klub saytına istinadən verdiyi məlumata görə, komanda türkiyəli Mutlu Topçuya həvalə olunub.
Ona Gökhan Geylan və İvan Ergiç kömək edəcək.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Dəniz Yılmazın da çıxış etdiyi "Bursaspor" rəhbərliyi bir neçə gün əvvəl yığmanın baş məşqçisi Robert Prosineçki ilə danışıqlar aparıb. Xorvatiyalı mütəxəssisin AFFA ilə müqaviləsi olduğu üçün keçid baş tutmayıb.