1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AZAL-da “qırmızı” problemi: Tounkara da göndərilir?
AZAL Azərbaycan Premyer Liqasının cari mövsümündə qırmızı vərəqələr üzrə antirekorçudur. Sportnet.az-ın məlumatına görə, "təyyarəçilər”in arxada qalan XVI turda 4 futbolçusu meydandan qovulub.
Düzdür, "Kəpəz”də də say bu qədər olduğundan antirekorda şərikdir. Sadəcə, fərq ondadır ki, Gəncə klubunda 1 futbolçu – Renan da Silva 2 dəfə "qırmızı" alıb. Deməli, kapitan Tural Axundovla baş məşqçi Şahin Diniyevin oğlu Kərim Diniyevi nəzərə alsaq, qovulan 3 oyunçudur.
AZAL-da isə bunlar 4 futbolçudur - Ruslan Nəsirli, Brayan Fok, Adan Koronado və son turda meydandan çıxarılan Sadio Tounkaradır. Maraqlı məqam ondadır ki, ilk 3 futbolçu artıq komandada yoxdur. "Təyyarəçilər” Foku elə "qırmızı" aldığı "İnter”lə XII turun matçından dərhal sonra göndəriblər. Nəsirli ilə Koronado isə qış fasiləsində komandadan ayrıldılar. Adan üçün də qırmızı vərəqə aldığı XIII turun "Sumqayıt"la matçı AZAL-ın heyətində sonuncu olub.
Görəsən, "Xəzər Lənkəran”ın sabiq futbolçusu, qış fasiləsinə az qalmış AZAL-a keçən Sadionu da belə aqibət gözləyir? AFFA "Qarabağ"la matçda 2 sarı vərəqə alan, 2-ci "sarı"sı şübhəli olan malili hücumçunu 1 oyunluq cəzalandırdığından "Qəbələ" ilə bugünkü matçda oynaya bilməyəcək.
Qeyd edək ki, cari çempionatda 15 qırmızı vərəqə qeydə alınıb.