1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Əliyar Ağayev özünü haqlı çıxardı
FİFA referisi Əliyar Ağayev Azərbaycan Premyer Liqasında XX turun "Kəpəz” – "Qəbələ” matçındakı mübahisəli qərarlarını şərh edib.
Sportnet.az xəbər verir ki, gənc baş hakim "Kəpəz”in vurduğu qol, eləcə də qırmızı vərəqələrlə bağlı fikirlərini CBC Sport-a bölüşüb. O, ilk olaraq "Kəpəz"in qolu ilə bağlı mübahisəli məqama aydınlıq gətirib: "Qoldan dərhal sonra köməkçim də məni əmin etdi ki, oyundankənar vəziyyət yoxdur. Matçdan sonra yenidən qolun təkrarına baxdım. Açıq-aydın görünür ki, top ayaqdan çıxan anda hücumçu ilə müdafiəçi eyni xətdə idi".
Ağayev eyni zamanda Nicat Qurbanovla Nika Kvekveskirinin qırmızı vərəqə ilə cəzalandırmasının səbəbini də açıqlayıb."Kvekveskiri Nicata qarşı kobud çıxış etdiyi üçün ona sarı vərəqə göstərməyə hazırlaşırdım. Həmin anda Nika əli ilə Qurbanovun boyun nahiyəsindən itələdi. Nicat Qurbanov da aşkar şəkildə ona sillə vurdu. Hər ikisi aqressiv hərəkətə yola verdiyi üçün qırmızı vərəqə ilə cəzalandırdım".
Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" matçında qalib müəyyənləşməyib - 1:1.