1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Azərbaycan millisinə Almeyda kimisi lazımdır"
"Riçard Almeydanın Azərbaycan millisində çıxış edə biləcəyi xəbərləri hələ təzə-təzə çıxanda buna sevinmişdim. Çünki Almeyda çox səviyyəli futbolçudur və yığma komandaya çox kömək ola bilər. O, oyun quruculuğu və istedadı, ustalığı ilə bunun öhdəsindən gələcək".
Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ”ın keçmiş məşqçisi Borçe Xristov deyib.
Makedoniyalı mütəxəssis bildirib ki, Almeydanın azərbaycanlı olmaması önəmli deyil: "Bunun nə önəmi var ki? Əsas odu ki, o, "Qarabağ”da uzun illərdi oynayır və komandasına çox kömək edib. Uzun müddətdir Azərbaycandadır və hamını da yaxşı tanıyır. Millidə olanlar da Riçardı yaxşı tanıyır, ona görə heç bir problem ola bilməz".
Almeyda 2012-ci ilin yayında "Qarabağ”a transfer olunduğu vaxt Xristov klubun akademiyasında koordinator vəzifəsində çalışıb. Təcrübəli mütəxəssisin sözlərinə görə, "sambaçı" hələ ilk gündən öz texnikası və səviyyəsi ilə seçilib: "Özü də "Qarabağ” üçün az qol vurmayıb. Həm müdafiəyə kömək edir, həm də məhsuldar ötürmələr edir. Azərbaycan millisinə də məhz Almeyda kimi birisi lazımdır. Düzdür, ola bilsin sürəti çatmır. Amma inandırım sizi, Riçard bunu kreativ ötürmələri, meydandakı qeyri-adi gözəl düşüncələri ilə sığortalayır”.
Qeyd edək ki, Riçard Almeyda Azərbaycan millisində oynamağa hazır olduğunu bildirib. AFFA onun yığmaya cəlb olunması istiqamətində hüquqi prosedurlara başlayıb.