1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin ağır qrafiki, "qoca"nın ağır zərbəsi
Azərbaycan Premyer Liqasının ötən turu qol sarıdan kasad olub. Sportnet.az-ın məlumatına görə, 4 oyunda qapılara cəmi 5 qol vurulub.
Düzdür, bu, cari çempionatın antirekordu olmasa da, hər halda, az qolun qeydə alındığı turlardan biri olub. Özü də bu turda müdafiəçilərin fəallığı diqqət çəkib. Məsələn, Gəncədəki oyunda hər 2 qolu arxa xətt oyunçuları vurub. Sadəcə, Şəhriyar Rəhimovdan fərqli olaraq braziliyalı komanda yoldaşı Renan Silva qapıları səvh salaraq avtoqol müəllifi olub.
"İnter"in gürcü müdafiəçisi Zurab Xizanişvili isə "Qarabağ"ın Avropa rekordunu qıran, rəqibini 2 ildən sonra evdə məğlubiyyətlə barışdıran qola imza atıb. Təcrübəli legioneri cari çempionatda az fərqlənməyərək məhsuldar müdafiəçilərdən sayılır. Üstəlik, Xizanişvili bu mövsümün iştirakçıları arasında ən yaşlı futbolçulardan biridir. Onunla AZAL-dakı həmkarı Rəşad Abdullayev 1981-ci ilin oktyabrında dünyaya gəldiklərindən 36 yaşın içindədirlər. Rəşad Zurabdan cəmi 5 gün böyükdür. Onun da bu çempionatda qol vurduğunu nəzərə alsaq, fərqlənən ən yaşlı futbolçulardır. Premyer Liqanın cari mövsümünün ən yaşlı futbolçusu isə sahə oyunçusu yox, qapıçı Fərhad Vəliyevdir. O, 1980-ci il təvəllüdü olduğundan, artıq 37 yaşı var.
Xizanişvili son 3 mövsümün çempionu olan "Qarabağ"a ağır zərbə vurdusa, "Qəbələ"yə liderlik hədiyyəsi etdi. Axı Roman Qriqorçukun komandası artıq şərikli yox, vahid liderdir. "Qırmızı-qaralar" "Kəpəz"lə səfər matçında qol vura bilməsə də, nəinki uduzmadı, qazandığı 1 xal turnir cədvəlində hamını qabaqlamağa imkan verdi. Ancaq onu da nəzərə almalıyıq ki, "Qəbələ"nin ev oyunları çox az qalıb. Çünki komanda son 8 matçından 6-nı səfərdə keçirməli olacaq ki, onlardan biri elə əsas rəqibi "Qarabağ"la "Azərsun Arena"dakı matç olacaq.
"Qırmızı-qaralar"ın Gəncəyə daha bir səfəri qalıb. Bu isə o deməkdir ki, "Qəbələ"nin qrafiki çox çətin olduğundan, liderliyini sonadək qoruması heç də asan olmayacaq. Roman Qriqorçukun komandası son dövrədə evdə yalnız "Zirə" və "İnter"lə görüşəcək.
"İnter"dən söz düşmüşkən, bu komanda Beynəlxalq Bank sponsorluqdan imtina edəndən sonra AFFA-nın ümidinə qalmasına baxmayaraq inamlı təsir bağışlayır. Zaur Svanadzenin yetirmələrin qələbələri sıralamaqla, liderlər isə xal itiriməklə çempionluq intriqasını saxlayıb. "İnter" elə növbəti turda evdə "Qəbələ"yə qalib gələcəyi, "Qarabağ"ın isə "Sumqayıt" səfərində xal itirəcəyi halda qızıl medalllar uğrunda mübuarizədə şansını artacaq.
Avropa Liqasında vəsiqə verə bilən 4-cü yer isə "Sumqayıt"la "Zirə" arasında dəyiş-düyüşlə davam edir. Hər dəfə bu komandaların biri həmin mövqeyi ələ keçirir. Bu dəfə "Zirə" "Sumqayıt"ı məğlub etməklə 4-cü yerə yüksəldi. Ümumiyyətlə, "Zirə"nin qış fasiləsindən, baş məşqçi dəyişikliyindən sonra daha yaxşı təsir bağışlaması göz qabağındadır. Təsadüfi deyil ki, komanda yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında yalnız "Qarabağ"a uduzub.
Uğurlu çıxışla bağlı eyni sözlər "Neftçi"yə də aiddir. Burada isə baş məşqçi dəyişikliyi yox, yeni transferlərlə güclənmə öz sözünü deyir. indi "Neftçi"nin 4-cü yer uğrunda mübarizədə "Zirə" ilə "Sumqayıt"a ciddi rəqib olacağını artıq əminliklə deyə bilərik.
Mehman SÜLEYMANOV