"Kəpəz"in qapıçısı Tadas Simaitis əvəzedici heyətə göndərilib. Sportnet.az-ın məlumatına görə, litvalı qolkiper ötən gün AZAL-ı 2:0 hesabı ilə yendikləri əvəzedicilərin oyununda meydana çıxıb.
Baş məşqçi Şahin Diniyev bu qərarı Simaitisin oyun praktikasının itməməsindən ötrü verdiyini bildirib. O, 27 yaşlı qapıçının bu gün AZAL-la Gəncə şəhər stadionunda oynayacaqları Premyer Liqanın XXI tur matçında "18-lik"də olacağını vurğulayıb.
Qeyd edək ki, Tadas Simaitis fevralın 9-da "Kəpəz"in səfərdə "Sumqayıt"a 1:3 hesabı ilə uduzduğu XVII tur qarşılaşmasından sonra əsas heyətdən kənarda qalıb. Hazırda Gəncə təmsilçisinin qapısını Davud Kərimi qoruyur.