1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in kapitanı: "AZAL-ın futbolçusu qovulmalı idi" - MÜSAHİBƏ
"Kəpəz”in kapitanı Tural Axundovun Sportnet.az-a müsahibəsi
- Premyer Liqanın XXI turunun AZAL-la ev oyununda qələbəyə çox yaxın idiniz. Oyunu necə dəyərləndirərdiniz?
- Nə deyim? Yaxşı oynayırıq. Komanda olaraq, qələbə qazanmaq istəyirik. İnandırım sizi ki, hər oyuna qələbə ab-havasında çıxırıq. Fərqi yoxdur rəqibimiz hansı komandadır. Ancaq qələbəmizə mane olan nəsə var. AZAL-la matçda da qələbə bizim olmalı idi, ancaq yenə alınmadı.
- Son dəqiqədə buraxdığınız qolla 3 xalı əldən verdiniz. Buna nə səbəb oldu?
- Son dəqiqələrdə sanki dayanmışdıq, qələbəni erkən qeyd etdik. Bu da bütün klublarda olur. Bundan sonra nə etmək olar? Yalnız irəliyə baxmaq lazımdır.
- Bir epizodda baş hakim Orxan Məmmədova rəqib futbolçuya qırmızı vərəqə verməməsinə görə etirazını bildirdiniz...
- Həmin epizodda AZAL-ın legioneri Omeqa Robertsə qırmızı vərəqə verilməli idi. Epizodun təkrarına baxanda da görünür ki, rəqib qaydaları pozub və ona qırmızı vərəqə göstərilməlidir. Həmin an Orxan Məmmədova etirazımı da bildirdim. Mənə deyir ki, heç nə yoxdur, sadəcə, toqquşublar. Nə deyim daha? Hamı hər şeyi yaxşı gördü.
- Qarşıdakı turda "Zirə”ni qəbul edəcəksiniz. Həmin ev oyunundan nə gözləyirsiniz?
- Fikrimcə, onları evdə məğlub edə bilərik. Bu oyunda qələbədən başqa heç nə fikirləşmirik. Yaxşı hazırlaşıb qələbə qazanmaq istəyirik. Komandada motivasiya var. Sadəcə qol vurmaqda çətinlik çəkirik. Bu problemi də yoluna qoysaq, hər şey yaxşı olacaq.