1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qətərin baş məşqçisi: "Onılara 60-70 dəqiqə şans verəcəyəm"
Azərbaycan milli komandası ilə martın 9-da keçirəcəyi yoldaşlıq görüşündə Qətər yığmasına "Əl-Rayyan" və "Lekviya" klublarından çağırılmış futbolçular sonadək meydanda olmayacaqlar.
Sportnet.az-ın məlumatına görə, bu barədə ərəblərin baş məşqçisi Xorxe Fossati açıqlama verib.
O bildirib ki, səbəb hər iki komandanın Çempionlar Liqasının qrup mərhələsində İran təmsilçiləri ilə III tur matçlarının olmasıdır. Martın 14-də "Əl-Rayyan" evdə "Persepolis"lə, "Lekviya" isə səfərdə "İstiqlal"la qarşılaşacaq. Uruqvaylı mütəxəssis martın 23-də evdə İranla, martın 28-də isə Özbəkistanla səfərdə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçlarına hazır olmalarından ötrü bu klublardakı futbolçuları da Qətər millisində görmək istədiyini bildirib. Onlara Azərbaycanla oyunda 60-70 dəqiqə şans verəcəyini deyən Fossati "Əl-Rayyan" və "Lekviya"nın futbolçularını yükləməmək üçün ehtiyatlı olacağını söyləyib.
Qeyd edək ki, Qətər - Azərbaycan matçı martın 9-da Dohadakı Şeyx Cassim ibn Hamad adına stadionda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.