1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Reynaldo Vaskesə 8 il iş verdilər
Salvador Futbol Federasiyasının sabiq prezidenti Reynaldo Vaskes 8 il müddətinə azadlıqdan məhrum edilib.
Sportnet.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, Salvador məhkəməsi ailəsinə məxsus mebel şirkətinin 204 işçisinə sığorta güzəştləri verilməsində dələduzluğa yol verdiyi üçün sabiq idman funksioneri barədə ağır hökm çıxarıb.
R.Vaskes 400 min dollar cərimə də ödəməlidir. Hökmlə razılaşmayan müttəhim apellyasiya şikayəti verəcəyini bildirib.
Qeyd edək ki, Reynaldo Vaskes 2015-ci ilin dekabrında FİFA-dakı korrupsiya qalmaqalı ilə bağlı həbs edilib. O, 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatına media hüquqlarının satışı zamanı fırıldağa yol verməkdə ittiham olunur. 2009-2010-cu illərdə Salvador Futbol Federasiyasına rəhbərlik etmiş sabiq funksioner hazırkı işi üzrə dinləmələr başa çatdıqdan sonra ABŞ-a ekstradisiya olunmalıdır.