1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Barselona" uddu, keçmiş prezidenti üzdü - FOTO
İspaniya "Barselona"sının sabiq prezidenti Xuan Qaspar, Kataloniya klubu futbol üzrə Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, Aralıq dənizində üzəcəyinə dair verdiyi sözü yerinə yetirib.
Sportnet.az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, 73 yaşlı sabiq funksioner "Barselona"nın 1/8 final mərhələsinin ilk oyununda Fransada PSJ klubuna 4 cavabsız qolla uduzmasına rəğmən, evdə 6:1 hesabı ilə qalib gələrək mərhələ adlamasından sonra bu addımı atıb.
X.Qaspar bildirib ki, su soyuq olsa da, vədinə əməl etməyi lazım bilib. Onun sözlərinə görə, matçın 62-ci dəqiqəsində PSJ-nin hücumçusu Edinson Kavan hesabı 3:1 etdikdə "Barselona"nın ÇL-lə vidalaşacağını düşünüb: "Su soyuq idi. Ancaq söz vermisənsə, tutmalısan. Kavani qol vurandan sonra düşündüm ki, artıq tapşırığın öhdəsindən gəlmək olmayacaq. Lakin futbol belədir".
Qeyd edək ki, Xuan Qaspar 2000 - 2003-cü illərdə "Barselona"nın prezidenti olub.